» » Azyaşlını zorlayan kişi həbs edilmədi


Azyaşlını zorlayan kişi həbs edilmədi

12-03-2015, 14:40
Oxunub: 853
Çap et
Azyaşlını zorlayan kişi həbs edilmədiAli Məhkəmədə azyaşlını zorlamaqda təqsirli bilinən Əhmədağa Nuriyevin barəsində olan hökmün ləğv edilməsi ilə bağlı prokurorluğunu protestinə baxılıb. milliyyet.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasan prokurorluğun kasasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən Əhmədağa Nuriyev azyaşlı oğlan uşağını aldadaraq ona qarşı iyrənc hərəkətlər edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhmədağa Nuriyevin barəsində ittiham hökmü çıxarılmayıb. Məhkəmə Əhmədağa Nuriyevin anlaqsız olması nəticəsinə gəlib. Əhmədağa Nuriyevin barəsində ümumi tipli psixiatriya stasionarında tibbi xarakterli məcburi müalicə təyin edilib.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti versə də, Şirvan Apelyasiya Məhkəməsində hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilib.
Prokurorluq Ali Məhkəməyə ünvanlandığı kasasiya şikayətində Əhmədağa Nuriyevin cəzasının ağırlaşdırılmasını istəyib.



Reytinq: