» » Bələdiyyə sədri özünün torpaq fırıldağına belə haqq qazandırdı


Bələdiyyə sədri özünün torpaq fırıldağına belə haqq qazandırdı

5-03-2015, 17:09
Oxunub: 815
Çap et
Dünən məlumat yayıldı ki, Binəqədi rayon Xocahəsən qəsəbəsi bələdiyyəsinin sədri Məhərrəm Əsgərov həbs oluna bilər. Buna səbəbsə onun adının qanunsuz torpaq alverində hallanmasıdır.
Bələdiyyə sədri özünün torpaq fırıldağına belə haqq qazandırdı
Məlumatda deyilirdi ki, yenidən bələdiyyə sədri postunu qoruyan Məhərrəm Əsgərov əslində bununla özünü cəncələ salıb. Mənbənin söylədikləri: “Son günlər yaranmış gərginlik qanunsuz torpaq alverində adları hallandırılan bələdiyyə sədrlərinin təftişini də gündəmə gətirib. Onların sırasında Məhərrəm Əsgərovun adı az qala ilk sıralarda yer alıb”.

Mənbə iddia edir ki, təxminən 2 hektara yaxın ərazi qanunsuz olaraq bələdiyyə sədri tərəfindən satılıb ki, həmin torpaq sahələrinin də əksəriyyəti ya ayrı-ayrı vətəndaşlara aid olub, ya da hansısa dövlət qurumuna.

milliyyet.az xəbər verir ki, bu gün isə DİA.AZ-a istinadən xəbər verir ki, Məhərrəm Əsgərovla bağlı yeni ilginc informasiya daxil olub. Xocahəsəndə torpağı olan vətəndaşlardan birinin (adının çəkilməsini istəmir –red.) söylədiyinə görə, bələdiyyə sədri ona məxsus olan torpaq sahəsini də qanunsuz olaraq satıb.

Vətəndaş dia.az-a deyir: “Mən torpağımı bələdiyyə sədrindən tələb etsəm də, o, məni hədələməyə başladı. Iddia etdi ki, mənim torpağa olan sənədlərim saxtadır və məni həbs etdirə bilər. Uzun çək-şevirdən sonra mənə torpağımın real qiymətinin yarısını təklif etdi. Mən də razılaşdım”.

Vətəndaş iddia edir ki, bundan sonra aralarında səmimi söhbət olan zaman Məhərrəm Əsgərov başçıya külli miqdarda pul verdiyini etiraf edib və bu pulu çıxara bilməsi üçün məcbur qaldığını da söyləyib.

Hər halda, bu iddialarla bağlı həm bələdiyyə sədrinin, həm də digər maraqlı tərəflərin də mövqelərini öyrənib diqqətinizə təqdim etməyə çalışacağıq. Bizi izləməkdə davam edin...



Reytinq: