» » Bakının mərkəzində kafe yandı


Bakının mərkəzində kafe yandı

28-02-2015, 14:37
Oxunub: 744
Çap et
Bakının mərkəzində kafe yandıFaktla bağlı araşdırma aparılır.

Bakıda kafedə yanğın hadisəsi baş verib.

milliyyet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər Səbail rayonunda qeydə alınıb.

Beşmərtəbəli inzibati binanın zirzəmisində vətəndaşa məxsus, ümumi sahəsi 200 kv.m olan “ADDİO” kafesinin mətbəxində havalandırma qurğusu 2 kv.m sahədə yanıb.

Kafe yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Baş verən hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Reytinq: