» » Bakıda bu yol 6 gün bağlı olacaq


Bakıda bu yol 6 gün bağlı olacaq

25-02-2015, 17:54
Oxunub: 680
Çap et
Bakıda bu yol 6 gün bağlı olacaqFevralın 25-i gecə saat 22:00-dan etibarən Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.

milliyyet.az xəbər verir ki, “Azəryolservis” ASC-dən AzNews.az-a verilən məlumata görə, Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 5-6 gün müddətinə həmin hissə bağlı olacaq.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.



Reytinq: