» » Bakıda ağır qəza: 1 ölü, 5 yaralı


Bakıda ağır qəza: 1 ölü, 5 yaralı

19-02-2015, 09:47
Oxunub: 1169
Çap et
Bakıda ağır qəza: 1 ölü, 5 yaralıÖtən gecə Bakıda 1 nəfərin ölümü 5 –nin isə yaralanması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

milliyyet.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb. Sürücü 20 yaşlı Elsevər Səttarov idarə etdiyi “KİA” markalı avtomobillə Maştağa istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi ara yoldan magistrala çıxmaq istəyən 39 yaşlı Rüfət Həşimova məxsus “Honda “ markalı avtomaşına çırpılıb. Sükana sahib ola bilməyən sürücü, maşını qarşısında hərəkətdə olan “Opel”ə daha sonra "VAZ 2107"ə çırpıb.

Baş verən qəzada hər iki avtomobilin sürücüsü və “Honda" da olan sərnişinlər - Aleftina Axundova, Emil Həşimov, Ömər Həşimov və İradə Axundova ağır vəziyyətdə 3 saylı Sabunçu xəstəxanası çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralı Aleftina Axundova reanimasiya şöbəsində dünyasını dəyişib. Digər yaralılara yardım göstərilib, vəziyyətləri kafi olaraq qalır.

Qeyd edək ki, ölən və yaralananlar bir ailənin üzvləri olub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.



Reytinq: