» » Gənc əsgərlərin andiçmə mərasimi keçirildi


Gənc əsgərlərin andiçmə mərasimi keçirildi

14-02-2015, 20:58
Oxunub: 714
Çap et
Gənc əsgərlərin andiçmə mərasimi keçirildi

Fevralın 14-də Dövlət Bayrağı Meydanında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının gənc əsgərlərinin andiçmə mərasimi keçirilib.


milliyyet.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, əsgərlərin valideynlərinin də iştirak etdikləri mərasimdə hərbi orkestr dövlət himnini ifa edib.

Hərbi hissə komandiri, polkovnik Salamat Cəfərov çıxış edərək gənc əsgərlərə hərbi and mənasını, xalqına, Azərbaycan Respublikasına sədaqət andı içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri xatırladıb.

Andiçmə mərasimində iştirak edən daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov Qoşunlarda yeni xidmətə başlayan gənc əsgərləri hərbi and içmələri münasibətilə təbrik edib və tövsiyələrini çatdırıb.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli keçidi ilə başa çatıb.



Reytinq: