» » Hacıbala Abutalıbovun “sağ əli” budanır - Mənzil-Kommunal Təsərrüfatı Departamentinin şöbə müdiri işdən alınır – Qalmaqllı video +18


Hacıbala Abutalıbovun “sağ əli” budanır - Mənzil-Kommunal Təsərrüfatı Departamentinin şöbə müdiri işdən alınır – Qalmaqllı video +18

4-02-2015, 14:34
Oxunub: 820
Çap et
Hacıbala Abutalıbovun “sağ əli” budanır - Mənzil-Kommunal Təsərrüfatı Departamentinin şöbə müdiri işdən alınır – Qalmaqllı video +18

Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da kadr islahatı aparmaz qərarına gəlib. milliyyet.az xəbər verir ki, bu barədə DİA.AZ-a BŞİH-dən daxil olan informasiyada qeyd olunur ki, yaxın günlərdə Bakı ŞİH Mənzil -Kommunal Təsərrüfatı Departamentinin şöbə müdiri Vidadi Əliyevlə bağlı qərar verilə bilər.

Mənbənin iddialarına görə, Vidadi Əliyev əslində Hacıbala Abutalıbovun “sağ əli” kimi tanınsa da, onunla bağlı qərar verilməsi zərurəti yaranıb.

Qaynağın dia.az-a bildirdikləri: “Vidadi Əliyev çox nüfuzlu məmurlardan biri ilə problem yaşayıb. əslində hadisə neçə müddət əvvəl baş verib. Lakin bu günlərdə Vidadi Əliyevin bir sahibkarın obyektinə hücum edərkən özünü rəsmən qoçu kimi aparması və bu faktın videoya alınaraq ictimailəşdirilməsi, nəhayətdə Bakı merinin “sağ əli”nin budanmasına şərait yaradıb”.
Mənbə bildirir ki, vaxtını gözləyən nüfuzlu məmur Bakı ŞİH Mənzil -Kommunal Təsərrüfatı Departamentinin şöbə müdiri Vidadi Əliyevin həmin qalmaqal yaradan vidoesunun daha “yuxarı” instansiyalar tərəfindən izlənilməsinə nail olub: “Həm də onunla bağlı qərarın verilməsinə”.

Bütün maraqlı tərəflərin fikirlərini işıqlandıra bilərik.

Qeyd: Aşağıda təqdim olunan həmin qalmaqallı videoçəkilişdə qeyri-etik ifadələr işlədildiyindən 18 yaşından aşağıların izləməsi məsləhət görülmür...



Reytinq: