» » SON DƏQİQƏ: Azərbaycanda 1 gündə 136 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü


SON DƏQİQƏ: Azərbaycanda 1 gündə 136 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

17-05-2020, 19:36
Oxunub: 22
Çap et
SON DƏQİQƏ: Azərbaycanda 1 gündə 136 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü


Azərbaycan Respublikasında 136 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1932, 1956 və 1965-ci il təvəllüdlü üç nəfər vəfat etmişdir. Hazırkı dövrədək ölkəmizdə 3 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2 015 nəfər müalicə olunaraq sağalmış, 39 nəfər vəfat etmiş, 1 220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 232 077 test aparılmışdır.



Reytinq: