» » Daha 19,6 min şəxsə birdəfəlik ödəmə verilmədi


Daha 19,6 min şəxsə birdəfəlik ödəmə verilmədi

16-04-2020, 23:01
Oxunub: 149
Çap et
Daha 19,6 min şəxsə birdəfəlik ödəmə verilmədi


İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə elektron qaydada müraciət edənlərdən 19 600 şəxsin sahibkarlıqla məşğul olduqları müəyyən edilib.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

Birdəfəlik ödəmə proqramı işsiz şəxslərə dəstək məqsədi daşıyır. Ona görə də bu kateqoriyaya aid olmayan, işi və qazancı olan şəxslərin birdəfəlik ödəmə proqramından faydalanmaq üçün elektron sistemə etdikləri müraciətlər təmin edilmir.

Hazırda müraciətlərin emalı davam edir.



Reytinq: