» » Millət vəkili: “Milli xəyanətkarlıq istər digər vaxtlarda, istərsə də bu günlərdə yolverilməzdir“


Millət vəkili: “Milli xəyanətkarlıq istər digər vaxtlarda, istərsə də bu günlərdə yolverilməzdir“

11-04-2020, 21:31
Oxunub: 159
Çap et
Millət vəkili: “Milli xəyanətkarlıq istər digər vaxtlarda, istərsə də bu günlərdə yolverilməzdir“


Bəşəriyyəti bürüyən bu bəla – COVİD-19 pandemiysı günbəgün alovlanır, dalğalanır, insanları narahat edir, o cümlədən, hər gün kütləvi informasiya vasitələrindən eşitdiyimiz və aldığımız məlumatlar da bu xəstəliyin, bu infeksiyanın nə qədər sürətlə yayıldığını göstərir. Təbii ki, bunun önlənməsi üçün beynəlxalq ictimaiyyətin birliyi, beynəlxalq aləmin bu sahədə gördüyü səylər də öz nəticəsini verir.

Qaynarinfo etikxeber.az-a istinadən xəbər verir ki, bunu millət vəkili İlham Məmmədov deyib.




Millət vəkili eyni zamanda, qeyd edib ki, koronavirus pandemiyasının qarışısının alınması, geniş yayılmaması üçün ölkəmizdə də qabaqlayıcı tədbirlər görülür:

"Ölkəmizin rəhbəri, möhtərəm cənab Prezidentimizin rəhbərliyi ilə məhz vaxtında atılmış qabaqlayıcı tədbirlər bu bəladan xilas olmağımız üçün yeganə yoldur. Bununla belə, bu gün hər birimiz milli birlik, milli həmrəylik nümayiş, ən əsası isə məsuliyyət nümayiş etdirməliyik. Elə o məsuliyyət hissini dərk edərək, insanlıq, ölkəmizin gözəl, sağlam gələcəyi naminə bu addımları atmağı bu sayt vasitəsilə xalqımızdan xahiş edərdim. Eyni zamanda, təbii ki, əsas diqqət mərkəzində olan məsələ məhz koronavirusun sosial sahədə yarada biləcəyi bütün risqləri göz önünə almaq və bunları minimuma endirməkdir. Yəni, koronavirus pandemiyasının qarşısının alınması üçün görülən qlobal tədbirlərin içərisində məhz sosial sahədə yarana biləcək risqlərin önlənməsi ən vacib məqamlardan biridir. Əlamətdar haldır ki, bu virus epidemiyası başlayandan ölkə rəhbərinin əsas fikri, əsas fəaliyyət istiqaməti də məhz bu olub. Heç də təsadüfi deyil ki, Nazirlər Kabineti tərəfindən hazırlanmış və açıqlanmış "Tədbirlər planı”nın artıq icrasına başlanılıb. Dövlət büdcəsindən əvvəl bir milyard, sonra isə milyard yarım da əlavə olaraq vəsaitin ayrılması bu tədbirlərin uğurla həyata keçirilməsini şərtləndirən çox vacib məqamlardan biridir”.




İ. Məmmədovun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlar, təbii ki, ölkə Prezidentinin sosial siyasətinin əsas hədəflərini özündə ehtiva edir, ona söykənir.

"Cənab Prezident hər bir çıxışında qeyd edir ki, bizim siyasətimizin əsasında Azərbaycan xalqı, Azərbaycan vətəndaşı, onun sağlamlığı, onun rifahı durur. Bu baxımdan, bugünkü yaranmış bu kəskin və bu dəhşətli vəziyyətdə sosial məsələlər xüsusilə önə çıxır və odur ki, Nazirlər Kabinetinin artıq icrasına başladığı "Tədbirlər plan”ı da əhalinin sosial cəhətdən az təmin olunan kəsiminin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir və edəcək. Əlbəttə ki, bu, müvəqqəti bir haldır. Ancaq bu gün bu, olduqca vacib bir addımdır. Mən xüsusilə, məşğulluq və sosial rifah üzrə bölmədən söz açmaq istəyirəm ki, o dörd istiqamət və on tədbiri əhatə edir. Dövlət sektoru üzrə işçilərin işsizlik risqindən qorunması üçün 910 min nəfərin əmək haqqı ödənilməklə onların məzuniyyətə buraxılması və lazım olan işçilərin, xüsusən, vacib olan şəxslərin işə cəlb olunması prosesi bütövlükdə xalqımızın, insanların sağlamlığının qorunmasına xidmət edir və edəcək. Digər bir məsələ qeyri-dövlət sektoru üzrə işçilərin işsizlik risqi ilə üzləşməsinin qarşısının alınmasıdır. Bu da 664 min nəfəri əhatə edir ki (işçilərdən, işə götürənlərdən, kiçik, mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardan və sairdən söhbət gedir), bunun üçün 215 milyon vəsait ayrılıb. Bu, həm də aprel-may ayları üçün nəzərdə tutulub və bundan əlavə, sosial-sığorta ayrılmasını ödəmək şərtini də dövlət öz üzərinə götürür ki, gələcəkdə bu insanların pensiya təminatı prosesində heç bir problem əmələ gəlməsin.




İşsiz şəxslər üçün nəzərdə tutulan 190 manat məbləğ də ailədə əgər əmək qabiliyyətinə malik, lakin faktiki olaraq işsiz kimi olan, sosial yardım almayan şəxslərin övladlarına şamil ediləcək. Yəni, aprelin 1-dən işsiz kimi qeydə alınanlarla yanaşı, karantin dövründə də işsiz kimi qeydə alınan şəxslərə birdəfəlik ödəmə həyata keçiriləcək və keçirilməkdədir. Belə bir məqamda bu həssas təbəqəyə göstərilən bu yardım ölkə başçısının öz əhalisinə bir daha heç bir fərq qoymamasını, onun yanında olmasını göstərir. Burda digər vacib məsələlərdən biri də "DOST” mərkəzi vasitəsilə 50 min ictimai iş yerlərinin yaradılmasının nəzərdə tutulmasıdır. Bunu üçün də 30 milyon manat vəsait ayrılıb. Həmçinin, vacib məqamlardan biri günün reallığına uyğun olaraq dezinfeksiya işlərinin aparılması, ahıllara xidmət məsələsidir. Bu, əslində ictimai işlərə cəlb oluna biləcək insanların elə özünün koronovirus epidemiyasının qarşısının alınmasına köməklik göstərməsi üçün bir stimuldur, bir motivasiyadır, həm iş yeridir, həm də bir vəsaitdir. Hesab edirəm ki, bunları da yüksək qiymətləndirmək lazımdır.




Bu gün insanlarımızın, əhalimizin cənab Prezidentə ünvanladığı minnətdarlıq məktublarında da biz bunu görürük. Hesab edirəm ki, sosial-rifah naminə indiyə kimi görülən işlər, həmçinin, fövqəladə hallar vəziyyətində dövlətimizin öz sosial öhdəliklərini uğurla həyata keçirməsi bu günün reallığında bir daha aydın oldu. Hələ 2019-cu ildə həyata keçirilən islahatlar çərçivəsində möhtərəm Prezidentimizin siyasətinin əsas fəaliyyətinin ən yüksək zirvəsində duran-4,5 milyon insanı əhatə edən sosial paketin müsbət nəticələrini insanların öz gündəlik həyatlarnda hiss etməyə başlamışdılar. Əlavə olaraq, ölkəmizin illər boyu qazandığı iqtisadi gücü, qüdrəti indiki çətin vəziyyətdə də onun üzərinə düşən işləri yerinə yetirməsinə hazır olduğunu nümayiş etdirir. Təbii ki, bizim üzərimizə də bir məsələ düşür: milli həmrəylik, milli birlik və bundan da üstün olan məsuliyyət hissi.




Ölkə rəhbərimiz tərəfindən aparılan bu tədbirlər eyni zamanda, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycan dövlətinin, onun rəhbərinin bəşəriyyətin xilası naminə atdığı hər bir təşəbbüs tək ölkəmizdə deyil, dünya ictimaiyyəti tərəfindən də diqqət mərkəzindədir. Bu, elə dünən cənab Prezidentin sədri olduğu Türk Dövlətləri Əməkdaşlıq Şurasının, Türk Şurasının liderlərinin videokonfrans vasitəsilə təşkil edilən Zirvə görüşündə də bir daha nəzərə çarpdı, bir daha qeyd olundu. Çünki dövlət başçıları səviyyəsində ilk dəfə idi ki, koronavirus epidemiyası ilə əlaqədar nüfuzlu beynəlxalq təşkilat olan Türk Şurasının Zirvə toplantısı keçirilirdi. Eyni zamanda, videokonfransda çıxışı zamanı Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də bunu xüsusi qeyd etdi və Azərbaycanın təşəbbüsünü dəstəklədi, nümunə kimi göstərdi.




Ancaq çox təəssüflər olsun ki, bu gün milli xəyanətkarlar görülən bu işləri, ölkəmizin artan bu nüfuzunu, belə bir şəraitdə ölkə rəhbərinin bir daha xalqı ilə bərabər olmasını qəbul edə bilmirlər. Bu, heç də onların ürəyincə deyil və əhalini birliyə, həmrəyliyə, koronavirus bəlasına düçar olmamaqq üçün həmrəylik nümayiş etdirməyə çağırmaqdansa, ən xırda nüansları axtararaq, ölkədə sabitliyin pozulması və qarışıqlıq yaranması üçün çalışırlar. Özünü Milli Şura adlandırıb heç bir milliliyi olmayan bu ünsürlər çox təəssüf ki, bəşəriyyətin bu ağır günündə, xalqımızın ən gərgin vaxtlarında heç bir vicdana sığmayan hərəkətlər və çağırışlar edirlər. Və bu, insanlar tərəfindən təbii ki, nifrətlə qarşılanır. Cox təəssüf edirik ki, belə hallar da var”-deyə, o, sonra bildirib.



Reytinq: