» » Yük qatarları insan əli dəymədən dezinfeksiya edilir (VİDEO)


Yük qatarları insan əli dəymədən dezinfeksiya edilir (VİDEO)

11-04-2020, 21:28
Oxunub: 161
Çap et
Yük qatarları insan əli dəymədən dezinfeksiya edilir (VİDEO)


Azərbaycan Dəmir Yolları" QSC koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının almaq məqsədilə sanitariya-epidemoloji tədbirlərini gücləndirməkdə davam edir.

"Report" xəbər verir ki, bununla əlaqədar aparılan dezinfeksiya işlərində insan əməyinin minimuma endirilməsi məqsədilə Astara sərhəd-keçid məntəqəsində dezinfeksiya qurğusu quraşdırılıb.

Bununla da, ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya edilir. Proses həm qatarların üst hissəsini, həm də yüklər tam boşaldıldıqdan sonra daxili hissəsini əhatə edir.

Bundan başqa bütün lokomotivçilər xüsusi geyim, dezinfeksiya aparatı və məhlullarla təmin olunub. Onlar həmin aparat vasitəsilə lokomotivləri dezinfeksiya edirlər.



Reytinq: