» » Avtomobil bazarında qiymətlər dəyişəcək


Avtomobil bazarında qiymətlər dəyişəcək

19-03-2020, 21:41
Oxunub: 18
Çap et
Avtomobil bazarında qiymətlər dəyişəcək


“Azərbaycanda ikinci əl avtomobil bazarında qiymətlər 5 faiz bahalaşacaq”.
Bunu Bizimyol.info-ya açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfər bildirib.

Avtomobil bazarında qiymətlər dəyişəcək

Ekspert bildirib ki avtomobil bazarında növbəti aylarda tələb və təklif artacaq: “Qiymət artımı ikinci əl avtomobil bazarında mövsümi xarakter daşıyır. Aprelin ortalarından bu artımı hiss edəcəyik”.

E.Cəfərin sözlərinə görə, aprel ayından başalayan qiymət artımı bu ilin sonuna kimi davam edəcək.

Qeyd edək ki, ekspertlərin sözlərinə görə. dünya bazarında neftin qiymətinin aşağı düşməsi devalvasiyanın olması ehtimalını artırır. Belə olan halda idxal olunan avtomobillərin qiymətində bahalaşma gözlənilən faizdən çox ola bilər.

Həmçinin böyük avtomobil markaları istehsal həcmini azaldırlar. Artıq "Toyota" və BMW Böyük Britaniyada istehsalı dayandırıblar.



Reytinq: