» » “Instagram”-da çoxdan gözlənilən - DƏYİŞİKLİK


“Instagram”-da çoxdan gözlənilən - DƏYİŞİKLİK

22-09-2019, 22:00
Oxunub: 32
Çap et
“Instagram”-da çoxdan gözlənilən - DƏYİŞİKLİK


Dünyanın ən məşhur sosial media platforması olan "Instagram”-da çoxdan gözlənilən dəyişiklik istifadəyə verilib. Yeni dəyişikliklə artıq paylaşımları planlaşdırmaq mümkün olacaq.

Xüsusən sosial media menecerlərinin işini asanlaşdıracaq yenilik "Facebook”-un Beynəlxalq Yayım Müqaviləsi çərçivəsində ictimaiyyətə açıqlanıb.

Dəyişiklikdən bütün şəbəkə istifadəçiləri yararlana bilərlər.

Bəs "Instagram” üzərindən paylaşımları necə planlaşdırmaq olar?

Bunun üçün "Facebook”-da qeydiyyatda olmaq lazımdır. Ardınca "Instagram” səhifənizi açıb "Paylaşım yarat” seçimini etmək tələb olunur. Burada qarşınıza "Zamanla” seçimi çıxır. Bu seçimlə postunuzu istənilən tarixə planlaşdıra bilərsiniz



Reytinq: