» » Şəhid anası turizm şirkətinin onu aldatdığını iddia edir


Şəhid anası turizm şirkətinin onu aldatdığını iddia edir

30-08-2019, 14:12
Oxunub: 33
Çap et
Şəhid anası turizm şirkətinin onu aldatdığını iddia edir


“Rusiyanın Yessentuki şəhərində yerləşən “Viktoriya” sanatoriyasına müalicəvi tur təşkil edən “Nuray Travel” şirkəti bizi aldadıb”.
Bu barədə Bizimyol.info-ya açıqlamasında şəhid anası Paşayeva Şöhrət Rza qızı bildirib.
Şəhid anası deyib ki, onunla yanaşı Fatma Abbasova, Afilə Abbasova, Ramiz Zeynalovu aldadıblar: “Hər birimiz 970 manat olmaqla 3880 manat “Nuray Travel”ə ödəniş etmişik. Nəzərə çatdırım ki bu ödəniş brondan 3 ay qabaq olunub”.

Şikayətçi deyib ki, Yessentuki tur paketinin vaxtı iyulun 20-dən avqustun 4-ə kimi idi: “Lakin biz Yessentukiyə çatanda gördük ki, adımıza hoteldə yerlər bron edilməyib və pul köçürülməyib.

“Nuray Travel” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən əvvəlcə sistemdə səhv olduğunu dedilər. Şirkət 2 günün ödənişini etdi. 2 gündən sonra isə ödəniş edilmədi. Yenidən şirkətlə əlaqə saxlanıldı. Şirkətin əməkdaşı ağlamağa başladı və onun aldıdılaraq pulları alıblar”.

Şikayətçi olan şəhid anası dedi ki, 4 nəfər təqaüdçü Yessentukidə çarəsiz vəziyyətdə qalıblar: “Biz oraa ortada qaldıq. Borc tapıb ödədik.

Şirkətdən bildirildi ki, Bakıya qayıdanda ödədiyimiz məbləğ geri qaytarılacaq. Amma pularımız geri qaytarılmadı. Məsələ ilə bağlı polisə şikayət etdim”.

Məsələ ilə bağlı “Nuray Travel” şirkətindən açıqlamaq almaq mümkün olmadı.
Şəhid anası turizm şirkətinin onu aldatdığını iddia edir



Reytinq: