» » Sürücü ilə kobud davranan polis işdən qovuldu


Sürücü ilə kobud davranan polis işdən qovuldu

30-08-2019, 13:26
Oxunub: 37
Çap et
Sürücü ilə kobud davranan polis işdən qovuldu


Daxili İşlər Nazirliyinin əməkdaşı vətəndaşla kobud rəftarına görə işindən azad edilib.

Bu barədə Milliyet.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gün yol polisi əməkdaşının sürücü ilə kobud davranması faktı aşkar edilib:

"Nəticədə Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub".

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə polis əməkdaşının vətəndaşa qarşı kobudluq etməsi ilə bağlı videogörüntü yayılıb.



Reytinq: