» » ARB-nin əməkdaşı iki övladını itirdi - FOTO


ARB-nin əməkdaşı iki övladını itirdi - FOTO

15-08-2019, 12:26
Oxunub: 11
Çap et
[img]https://img.redaktor.az/news/2019/08/photo_70233.jpg?v=201908151224[/img]


Telejurnalist Elyar Sadıqovun yeni doğulmuş körpələri vəfat edib.

Milliyet.az xəbər verir ki, Elyar Sadıqovun avqust ayının 13-də Respublika Perinatal Mərkəzində üçəmləri dünyaya gəlib. Dünyaya gələn üçəmlərdən ikisi vəfat edib .

İlk dəfə ata olan və saatlar sonra iki övladını itirən Elyar kədərini sosial şəbəkə hesabında status yazaraq belə ifadə edib:

"Həyat o qədər acımasız, o qədər qəddardır ki, bəzən nifrətim həyata olan sevgimi üstələyir! Axı niyə sınaqlar bitmir?! Valideyin sınağına çəkdin, dözdüm! Dözməliydim! Ayaqda durmaq üçün! Övlad sınağı çox olmadımı?! Deyirlər hər işdə bir xeyir var. Bəs mənim xeyrim nədir?! Amma bu sınaqdan da keçəcəm! Artıq ürəyim daşlaşıb! Hər cür sınaqlar, çətinliklər gördüm! Amma yenə yıxılmayacam! Ayaqda dik duracam! Sınaqlarındır məni gücləndirən! Sınmayacam! Buna əmin ol! Çünki sən, yeri-göyü yaradansan!"

Qeyd edək ki, vaxtilə ANS, Muz TV, Xəzər TV və ATV kanallarında çalışan Elyar Sadıqov hazırda ARB-də "Show News" proqramının müxbiridir.
https://img.redaktor.az/gallery/2019/08/70233_5d550ca9146ce.jpg?v=201908151224



Reytinq: