» » Xəzərə düşən hərbi təyyarəmiz tapıldı


Xəzərə düşən hərbi təyyarəmiz tapıldı

25-07-2019, 23:42
Oxunub: 42
Çap et
[img]https://img.redaktor.az/news/2019/07/photo_68207.jpg?v=201907252339[/img]


Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsi tapılıb.

Milliyet.az xəbər verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: "Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.



Reytinq: