» » QİÇS Pakistanda sürətlə yayılır: Xəstəliyə yoluxan uşaqların sayı rekord həddə çatıb


QİÇS Pakistanda sürətlə yayılır: Xəstəliyə yoluxan uşaqların sayı rekord həddə çatıb

7-07-2019, 23:43
Oxunub: 23
Çap et
QİÇS Pakistanda sürətlə yayılır: Xəstəliyə yoluxan uşaqların sayı rekord həddə çatıb


Pakistanın cənubunda QIÇS-ə yoluxan uşaqların sayı 700-ü keçib. İlk dəfə apreldə Larkana rayonunda aşkar edilən vuris insanları sıradan çıxarmağa davam edir.
Bizimyol.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı 30 min tədqiqat apararaq 876 nəfərin QİŞS-ə yoluxduğunu ortaya çıxarıb. Bu xəstəliyə tutulanların 82 faizinin hələ 15 yaşı tamam olmayıb.

Pakistanda hesab edirlər ki, xəstəliyi daha çox ixtisası olmayan həkim-şarlatanlar yayır. Yerli klinikalarda təmizliyin olmaması, gigiyena qaydalarına əməl edilməməsi vəziyyəti lap ağırlaşdırıb.

Məmurlar xəbərdarlıq edir ki, epidemiyaya yoluxanların sayı yenə artacaq. Ölkədə ciddi tibbi ləvazimat çatışmazlığı var.

Larkanada ilk dəfə 2003-cü ildə QİÇS aşkar edilmişdi. Onda narkotik maddə istifadəçisi olan üç nəfər bu epidemiyaya yoluxmuşdu. Mayda say 400-ə çatmışdı.



Reytinq: