» » İcra başçısı 250 min manatlıq maşın almaq istəyindən danışdı


İcra başçısı 250 min manatlıq maşın almaq istəyindən danışdı

2-07-2019, 00:08
Oxunub: 33
Çap et
İcra başçısı 250 min manatlıq maşın almaq istəyindən danışdı


Kəlbəcər rayonu İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 250 minlik xidməti maşın almaq istəməsi ilə bağlı elan edilən tender sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qeyd edək ki, məlumata görə, elan olunan tenderdə icra başçısına “Mercedes Benz S 350” markalı maşının alınmasının nəzərdə tutulduğu iddia edilib.
Məsələ ilə bağlı Kəlbəcər rayonu İcra Hakimiyyətinin başçısı Aqli Məmmədov Modern.az-a açıqlama verib.

A.Məmmədov qeyd edib ki, İcra Hakimiyyətində başçının birinci müavini vəzifəsində çalışan Eldəniz Mehtiyev 3 ildir maşınsızdır:

“Büdcə proqnozlaşdırılanda bizim xahişimizlə 55 min manat vəsait ayrıldı. Biz bu vəsaitə uyğun avtomobil almalıyıq. Maşını almaq üçün tender elan verməliyik. Xüsusi komissiyanın qərarına əsasən, 2009-cu ilin buraxılışı olan avtomobil almaq istədik, amma onun da qiyməti bizim büdcəmizə uyğun olmadı. Çünki qiyməti baha idi”.

İcra başçısı hazırda avtomobil alınmasının gündəmdə olmadığını vurğulayıb:

“Məsələ təxirə düşdü. Heç bir maşın almamışıq. Ümumiyyətlə, sözügedən maşından alası da deyilik. Çünki büdcəmizə uyğun deyil. Saytlarda yazılan kimi, maşın almamışıq və balansımıza oturmayıb. Xahiş edirəm hansısa məluamtı yazanda İcra Hakimiyyətilə dəqiqləşdirsinlər. Elan vermişik, burada qəbahət yoxdur. Amma qiymətlər büdcəmizə uyğun olmadığı üçün almamışıq. Almadığımız təqdirdə niyə yazırlar ki, “Kəlbəcər İcra Hakimiyyəti 250 min manatlıq maşın alır”?!”.



Reytinq: