» » Bakıda dənizdən iki nəfərin meyiti çıxarıldı


Bakıda dənizdən iki nəfərin meyiti çıxarıldı

23-06-2019, 23:59
Oxunub: 38
Çap et
Bakıda dənizdən iki nəfərin meyiti çıxarıldı


Bakıda iki nəfər dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə iki nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxslərin meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



Reytinq: