» » Məktəblinin intiharı məsələsi ilk gündən prezidentin nəzarətindədir - AÇIQLAMA


Məktəblinin intiharı məsələsi ilk gündən prezidentin nəzarətindədir - AÇIQLAMA

11-04-2019, 14:59
Oxunub: 20
Çap et
Məktəblinin intiharı məsələsi ilk gündən prezidentin nəzarətindədir - AÇIQLAMA


Bakı şəhəri 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı məsələ ilk gündən prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Milliyet.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, bütün dövlət qurumlarına, Təhsil Nazirliyinə, Dövlət Komitəsinə və Daxili İşlər Nazirliyinə xüsusi tapşırıqlar verilib:

“Bu məsələ ciddi formada araşdırılmalıdır. Mən təəccüblənirəm ki, sosial şəbəkələrdə işi dərk etməyən insanlar iradlar tuturlar. Hazırda istintaq işi gedir. Bu işdə kim günahkardırsa, cəzasını alacaq”.



Reytinq: