» » Deputat: “Büdcədən pul oğurlayanlar qanun qarşısında cavab verməlidir”


Deputat: “Büdcədən pul oğurlayanlar qanun qarşısında cavab verməlidir”

9-04-2019, 13:42
Oxunub: 22
Çap et
Deputat: “Büdcədən pul oğurlayanlar qanun qarşısında cavab verməlidir”


"Hesablama Palata işini elə yüksək səviyyədə qurmalıdır ki, büdcədən maliyyəşən qurumlar vəsaiti mənimsəməsinlər. Elə etmək lazımdır ki, bu cür neqativ hallar baş verməsin. Hesablama Palatasının fəaliyyətinə dövlət qurumlarının təsiri olmamalıdır”.

"Report” xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabat müzakirəsi zamanı deyib.

O bildirib ki, bəzi məmurlar işdən çıxarılandan sonra onların mal-mülkü ilə bağlı mətbuatda məlumatlar yer alır: "Mənimsənilən vəsaitin geri qaytarılması ilə kifayətlənmək olmaz. Büdcədən pul oğurlayanlar Azərbaycan qanunları qarşısında cavab verməlidir”.



Reytinq: