» » Çılpaq videoya görə 5 nəfər saxlanıldı - Qızlar da...


Çılpaq videoya görə 5 nəfər saxlanıldı - Qızlar da...

1-04-2019, 13:11
Oxunub: 49
Çap et
Çılpaq videoya görə 5 nəfər saxlanıldı - Qızlar da...
Dünəndən 3 qızın çılpaq videosunun yayılması ilə bağlı ölkə gündəminə çevrilən xəbər hüquq-mühafizə orqanlarını hərəkətə gətirib.

Milliyet.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq hadisənin bütün iştirakçıları saxlanılıb. Belə ki, videoda yer alan 2 kişi və 3 qadın Nəsimi rayon Polis İdarəsinə gətirilib.

Eyni zamanda, videoda göstərilən avtomobil də cərimə meydançasına aparılıb. Hadisənin doğurduğu rezonans Daxili İşlər Nazirliyinin rəhbərliyinin müdaxiləsinə də səbəb olub. Həmin şəxslərin elə dünən saxlanılması ilə bağlı qərar verilib. Hazırda hadisə araşdırılır.
Bu arada videonu yayıb çəkən şəxsin naməlum şəxslər tərəfindən döyüldüyünü və üzündən ciddi xəsarət aldığını əks etdirən foto da yayılıb. Həmçinin, avtomobilin cərimə meydançasına aparıldığını göstərən və onun sənədləri ilə bağlı faktlar da mərbuatda dərc olunub.

Mövzu ilə bağlı bu saatlarda DİN-in rəsmi açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, dünən ilkin olaraq votsap vasitəsi ilə yayılan və bir gün ərzində bütün ölkədə müzakirə olunan görüntülərdə 3 gənc xanım tamamilə lüt şəkildə videoya çəkilib. Onlar içkinin təsiri altında meyxana deyərək rəqs ediblər. Qızları lentə alan şəxsin isə xanımları içki içməyə təhrik etdiyi aydın görünür.9



Reytinq: