» » Bakıda su kəmərində qəza - Sakinlər susuz qaldı


Bakıda su kəmərində qəza - Sakinlər susuz qaldı

31-03-2019, 22:52
Oxunub: 26
Çap et
Bakıda su kəmərində qəza - Sakinlər susuz qaldı


Binəqədi və Nərimanov rayonlarına içməli suyun verilməsində fasilə yaranıb

Paytaxtın Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Qeyd edilir ki, fasiləyə səbəb Ə.Rəcəbli küçəsində magistral su kəmərində baş vermiş qəzadır.

Hazırda qəza briqadaları əraziyə cəlb olunub.



Reytinq: