» » Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi


Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi

31-03-2019, 22:41
Oxunub: 27
Çap et
Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi
Nazirlər Kabineti “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”də dəyişiklik edib.
Dəyişiklik taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi ilə əlaqədardır.

Bakı Nəqliyyat Agentliyi
Bakı Nəqliyyat Agentliyi
Qüvvədə olan əsasnaməyə əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilir və keçirilir.

Dəyişikliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlıq Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil ediləcək və keçiriləcək.

“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda da müvafiq dəyişiklik edilib.



Reytinq: