» » Eldar Əzizovdan Bakı ilə bağlı xüsusi tapşırıq - Sökülsün!


Eldar Əzizovdan Bakı ilə bağlı xüsusi tapşırıq - Sökülsün!

3-09-2018, 16:15
Oxunub: 45
Çap et
Eldar Əzizovdan Bakı ilə bağlı xüsusi tapşırıq - Sökülsün!


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müavini Eldar Əzizov paytaxtda yaşayış və qeyri-yaşayış binalarının estetik görünüşünə xələl gətirən elementlərin yığışdırılması ilə bağlı tapşırıq verib.

Milliyet.az xəbər verir ki, "Report”un BŞİH-dən əldə etdiyi məlumata görə, tapşırığa əsasən, əcnəbi dildə reklamlar, quraşdırıldığı yerə uyğun olmayan reklam konstruksiyaları sökülür.

Bundan başqa, yaşayış binalarının görünüşünə xələl gətirən paltar asmaq üçün nəzərdə tutulan dəmir konstruksiyalar da yığışdırılır.

Hazırda bu istiqamətdə işlər əsasən Yasamal, Nərimanov və Nizami rayonları ərazisində aparılır.



Reytinq: