» » Bakıda avtobus sürücüsü sükan arxasında yatdı - VİDEO


Bakıda avtobus sürücüsü sükan arxasında yatdı - VİDEO

3-09-2018, 11:44
Oxunub: 112
Çap et
Bakıda avtobus sürücüsü sükan arxasında yatdı - VİDEO


Sosial şəbəkədə 39 nömrəli avtobusun sürücüsünün ictimai nəqliyyat vasitəsinin sükanı arxasında olarkən yuxulamasının əks olunduğu video yayımlanıb.

Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti bu sürücünün hər gün səhər saatlarında qadağan olunmuş psixotrop həb qəbul etdiyini bildiriblər.

Nəqliyyat üzrə ekspert Azər Allahverənov məsələ ilə bağlı danışarkən deyib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.

“Bu mövzu qısa müddətdə cəmiyyətdə böyük rezonans doğurdu. Onun hər hansı psixotrop həbin təsirindən və ya sağlamlıq səbəbindən yatdığı araşdırmalardan sonra məlum olacaq”, - ekspert qeyd edib.

Allahverənov bildirib ki, hazırda bu sürücünün reysə həkimlərin müvafiq yoxlamaları olmadan çıxdığı məlumdur.



Reytinq: