» » Silah anbarında partlayış: 36 ölü, 40-dan çox yaralı


Silah anbarında partlayış: 36 ölü, 40-dan çox yaralı

12-08-2018, 23:57
Oxunub: 74
Çap et
Silah anbarında partlayış: 36 ölü, 40-dan çox yaralı


Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinin Samard kəndində silahla anbarda partlayış baş verib.

Milliyet.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə Suriya müxalifətindəki mənbə bildirib.

Hadisə nəticəsində ən azı 36 nəfər həlak olub, 40-dan çoxu yaralanıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, anbar yaşayış binasının alt mərtəbəsində yerləşirdi və partlayış binanın tam dağılmasına gətirib çıxarıb.

Mənbə qeyd etdi ki, anbar Abu Yazin al-Xoms adlı tacirə məxsus idi. O əlavə edib ki, partlayışın səbəbi hələ müəyyən edilməyib.



Reytinq: