» » Süpürgəçi qadının qatili həbs edildi


Süpürgəçi qadının qatili həbs edildi

25-07-2018, 14:00
Oxunub: 140
Çap et
Süpürgəçi qadının qatili həbs edildi


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda süpürgəçi qadını vurub öldürən “KamAZ” markalı avtomobilin sürücüsü Zaur Musayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Ölkə.Az"ın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Z.Musayevin barəsəsində polisin nəzarəti qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə bu il martın 27-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Həmin ərazidə “KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini, süpürgəçi Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Musayev saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra məhkəmə sürücü barəsəsində polisin nəzarəti qətimkan tədbiri seçib və o, sərbəst buraxılıb.



Reytinq: