» » Sumqayıtlıları qorxuda saxlayan dəstə üzvləri tutuldu


Sumqayıtlıları qorxuda saxlayan dəstə üzvləri tutuldu

4-06-2018, 18:01
Oxunub: 247
Çap et
Sumqayıtlıları qorxuda saxlayan dəstə üzvləri tutuldu


Sumqayıtda 9 evdən oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə, əməliyyat Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyunun 1-dək olan müddətdə şəhər ərazisində 9 evdən təmir-tikinti alətləri, elektrik naqilləri, inşaat materialları, qızıl-zinət, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakinləri Tasim Dadaşov və Rüfət Abasəliyev saxlanılıblar.
Araşdırmalarla onların cinayət yolu ilə əldə etdikləri əşyaları 3 metal qəbulu məntəqəsinə satdıqları müəyyən edilib və maddi sübutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Reytinq: