» » Bakıda qadın plastik əməliyyatın qurbanı oldu - YENİLƏNİB


Bakıda qadın plastik əməliyyatın qurbanı oldu - YENİLƏNİB

21-05-2018, 13:52
Oxunub: 123
Çap et
Bakıda qadın plastik əməliyyatın qurbanı oldu -  YENİLƏNİB

Bakıda “Stimul Hospital”da xəstənin plastik əməliyyat zamanı dünyasını dəyişməsi hadisəsi fevral ayında qeydə alınıb.

Bu haqda Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən bildirilib ki, əməliyyat olunan Quliyeva Yeganə Fəxrəddin qızının ölümü fevralın ayının 14-də baş verib:

“Meyit üzərində aparılan məhkəmə-tibb ekspertizasının nəticələri Bakı Şəhər Prokurorluğu və Sabunçu rayon prokurorluğuna təqdim edilib. Hazırda istinaq aparılır”.

10:49

Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, hadisə bir müddət öncə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən “Stimul Hospital”da baş verib.

Həkim Elçin Zodan Yeganə Quliyevanı plastik əməliyyat edərkən, xəstə dünyasını dəyişib.
Bakıda qadın plastik əməliyyatın qurbanı oldu -  YENİLƏNİB

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.

E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Stimul Hospital”ın kadrlar şöbəsinin əməkdaşı bildirilib ki, hazırda xəstəxanada bu adda həkim işləmir:

“Adıçəkilən həkim fevral ayında öz təşəbbüsü ilə ərizə yazaraq, işdən ayrılmaq istədiyini bildirib. Hazırda xəstəxanamızda Elçin Zodan adında həkim fəaliyyət göstərmir. Zodan onun özünə qoyduğu ləqəbdir. Həkimin öz ad soyadı Elçin Ələsgərovdur. Bildiyim qədərilə, artıq 2-3 aydır ki, o, başqa xəstəxanada fəaliyyət göstərir”.

Səhiyyə Nazirliyindən saytımıza verilən açıqlamada bildirilib ki, hazırda faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.

Qeyd edək ki, bu barədə ilk xəbəri Qafqazinfo.az saytı yayıb.




Reytinq: