» » Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirildi


Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirildi

23-04-2018, 02:00
Oxunub: 54
Çap et
Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirildi
Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Bu barədə xəbəri “Qafqazinfo.az” saytı özəl mənbələrinə istinadən yayıb.

Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

O, bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Hazırda Hüseyn Abdullayevin şəxsi “Facebook” səhifəsi də bağlıdır.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.



Reytinq: