» » Azərbaycanda nazirlik işçisi qəzada öldü


Azərbaycanda nazirlik işçisi qəzada öldü

28-03-2018, 14:11
Oxunub: 435
Çap et
Azərbaycanda nazirlik işçisi qəzada öldü

Qəzanın səbəbləri araşdırılır

Ağdam rayonunun Eyvazlı kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“VAZ 21015” markalı 90-XT-485 dövlət nömrə nişanlı avtomobil “Lada Priora” markalı 02-BM-892 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə şəxs isə ağır xəsarət alıb. Qəzada ölən şəxsin VAZ-21015-in sürücüsü Mirzəyev Ramil olduğu müəyyənləşdirilib. Onun Mədəniyyət və Turizm Nazirliyinin Ağcabədi şöbəsinin işçisi olduğu bildirilir.

Hadisə nəticəsində xəsarət alanlardan biri isə “Lada Priora”nın sürücüsü, Quzanli kənd sakini Məhərrəmov Ceyhun Adil oğludur. Qəzanın səbəbləri araşdırılır.

APA



Reytinq: