» » 800 milyard itki verən Türkiyə ağır zərbə vurdu – Ağar


800 milyard itki verən Türkiyə ağır zərbə vurdu – Ağar

18-03-2018, 20:12
Oxunub: 139
Çap et
800 milyard itki verən Türkiyə ağır zərbə vurdu – Ağar


PKK Afrin hərəkatı boyunca fərqli konsepsiyanı sınaqdan keçirdi.

Bunu NTV televiziyasına müsahibəsində türkiyəli hərbi ekspert Abdullah Ağar söyləyib.

“1984-cü ildən bu yana PKK-nın tətbiq etdiyi terror doktrinasında özünün qalib gəlməyəcəyi, amma bizim də məğlub olacağımız fikri vardı. Türkiyə bu terror təşkilatı ilə savaşda 800 milyard dollarlıq iqtisadi itki verib. Bu vaxta qədər bizim bölgəmizdə 55 mindən çox insan onlara görə ölüb. Afrində isə başqa konsepsiya tətbiq edildi. PKK burada Türkiyəni məğlub etmək istədi. Bunun da nəticəsində böyük itkilər verdi. Bu, tarixdə ona vurulmuş ən böyük zərbə oldu. PKK-nın artıq taqəti qalmayıb”, – deyə o bildirib.



Reytinq: