» » Zakir Həsənov bayramı əsgərlərlə qeyd edir – FOTO + VİDEO


Zakir Həsənov bayramı əsgərlərlə qeyd edir – FOTO + VİDEO

14-03-2018, 13:45
Oxunub: 137
Çap et
Zakir Həsənov bayramı əsgərlərlə qeyd edir – FOTO + VİDEO


General-polkovnik, müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.

Bu barədə Milliyet.Az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Milli-mənəvi dəyərlərimizin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.

Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi qeyd edən hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildiriblər.



Reytinq: