» » Fazil Mustafa: Bəzi həkimlər məktəbli qızları əxlaqsızlığa cəlb edir


Fazil Mustafa: Bəzi həkimlər məktəbli qızları əxlaqsızlığa cəlb edir

10-03-2018, 13:28
Oxunub: 153
Çap et
Fazil Mustafa: Bəzi həkimlər məktəbli qızları əxlaqsızlığa cəlb edir
Ölkəmizdə faciə buradadır, başqa yerdə axtarmayın. Bu rəqəm hələ az göstərilib, bu sahədə çalşan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa son 3-4 ildə abort etdirən məktəblilərin sayının 1200-ü keçməsi haqda mətbuatda əksini tapan məlumatlara münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir.

O qeyd edib ki, məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birini təşkil edir:

“Özümüzü statistik rəqəmlərlə aldatmayaq, bu sahədə Azərbaycan, bəlkə də, ən nəzarətsiz ölkələrdən biridir.

Müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsir etmir.

Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara qoyub, ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq”.



Reytinq: