» » Nazirlik rəsmisi: “Tələbat varsa, qiymətləri niyə qaldırmasınlar”


Nazirlik rəsmisi: “Tələbat varsa, qiymətləri niyə qaldırmasınlar”

8-03-2018, 11:21
Oxunub: 135
Çap et
Nazirlik rəsmisi: “Tələbat varsa, qiymətləri niyə qaldırmasınlar”


Son illər Azərbaycana gələn turistlərin sayı mütəmadi olaraq artır.
Lakin ölkəmizi ziyarət edən əcnəbi turistlərin, eləcə də yerlilərin ən çox narazı qaldıqları məqamlardan biri də buradakı bahaçılıqdır. Onlar turizm obyektlərində, restoran və otellərdə qiymətlərin yuxarı olmasından şikayət edirlər. Onların fikrincə, bəzən qiymətlər süni şəkildə həddən artıq şişirdilir.

Nazirlik rəsmisi - Tələbat varsa, niyə də qiymətləri...
Bu məsələ dəfələrlə dövlət səviyyəsində də qaldırılıb və bəzi hallarda bununla bağlı həmin obyektlərin sahiblərinə, idarəçilərinə qiymətlərin aşağı salınması, xidmətlərin çeşidlərinin sayı və səviyyəsinin qaldırılması tövsiyə edilib. Bəzi obyektlərdə bu istiqamətdə müsbət dəyişikliklər olsa da, ümumilikdə götürdükdə ölkə üzrə ciddi dəyişikliyin olduğunu söyləmək insafsızlıq olardı.
Nazirlik rəsmisi: “Tələbat varsa, qiymətləri niyə qaldırmasınlar”

Nazirlik rəsmisi - Tələbat varsa, niyə də qiymətləri...

Bəziləri bunun düzgün olmadığını desə də, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev hesab edir ki, tələbat olanda qiymətlərin qalxması təbiidir:

Nazirlik rəsmisi - Tələbat varsa, niyə də qiymətləri...

“Biz nazirlik olaraq özəl sektorun işinə qarışa, müdaxilə edə bilmirik. Əgər yetərincə turistlər olmasa, tələbat olmasa, onlar da təbii ki, qiymətləri aşağı salacaqlar ki, onları maraqlandıra bilsinlər. Amma tələbat olanda qiymətləri niyə də qaldırmasınlar?! Bu, təkcə Azərbaycanda yox, bütün dünyada belədir. O da məlumdur ki, nə vaxt harda ki, Formula 1, Avroviziya və s. böyük idman və mədəniyyət tədbirləri keçirilir, həmin müddətdə orada turizm, ticarət və əyləncə obyektlərində qiymətlər qalxır”.

Yəni dövlət bu məsələdə bazarın özü özünü tənzimləməsində, qiymətlərin tələb-təklif prinsipinə əsasən formalaşmasında maraqlıdır.



Reytinq: