» » Prezident generala yeni müavinlər təyin etdi


Prezident generala yeni müavinlər təyin etdi

20-02-2018, 11:55
Oxunub: 197
Çap et
Prezident generala yeni müavinlər təyin etdi


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni təyinatlar olub.

Milliyet.Az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Şahvələd İsmayıl oğlu Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini - Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi təyin edilib.

Prezidentin digər sərəncamı ilə Yusif Həsən oğlu Mirzəyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Yusif oğlu Rəhimovdur.



Reytinq: