» » “Qarabağda irimiqyaslı müharibə gözlənilir” - ABŞ Milli Kəşfiyyatının direktoru


“Qarabağda irimiqyaslı müharibə gözlənilir” - ABŞ Milli Kəşfiyyatının direktoru

14-02-2018, 14:27
Oxunub: 114
Çap et
“Qarabağda irimiqyaslı müharibə gözlənilir” - ABŞ Milli Kəşfiyyatının direktoru


Azərbaycan və Ermənistan arasında qarşıdurma 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər.



İnterAz "Sputnk Azərbaycan"a istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Deniel Kouts çıxış edib.



MKİ direktoru Senatının Kəşfiyyat məsələləri komitəsinin dinləmələrində ənənəvi illik hesabatda 2018-ci ildə ABŞ milli təhlükəsizliyi üçün yarana biləcək bütün təhdidlər barədə danışıb. O, digər məsələlərlə yanaşı Dağlıq Qarabağ probleminı də toxunaraq, tərəflərdən heç birinin güzəştə getmədiyini vurğulayıb.



Deniel Kouts hesab edir ki, Azərbaycanın stabil şəkildə hərbi modernləşmə aparması və Ermənistanın Rusiyadan yeni silah sistemləri alması 2018-ci ildə böyük hərbi münaqişələrə səbəb ola bilər.



MKİ direktoru iddia edib ki, Rusiya postsovet məkanında öz təsirini daha da genişləndirəcək.



Qeyd edək ki, 2017-ci il martın 16-da MKİ direktoru təyin edilən Deniel Kouts ötən ilki hesabatında da Dağlıq Qarabağ uğrunda irimiqyaslı hərbi əməliyyat başlaya biləcəyi qeyd olunmuşdu.



Reytinq: