» » Millimizin sabiq futbolçusu kriminal avtoritet imiş... - Fotolar


Millimizin sabiq futbolçusu kriminal avtoritet imiş... - Fotolar

14-02-2018, 14:03
Oxunub: 270
Çap et
Millimizin sabiq futbolçusu kriminal avtoritet imiş... - Fotolar

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Haqverdi Yusifovun bir müddət əvvəl şəxsi “facebook” hesabında “qanuni oğru” Nadir Səlifovla birgə çəkdirdiyi şəklini paylaşması maraqla qarşılanmışdı.

Yenicag.az adıçəkilən şəxslə bağlı bir sıra maraqlı məlumatlar əldə edib.

Məsələ burasındadır ki, Haqverdinin “Lotu Quli” ilə şəkil çəkdirməsi heç də təsadüfi deyil. Onun özü də kriminal aləmin nümayəndəsi hesab olunur. “Lotu Quli”yə yaxınlığı ilə bilinən Yusifov “qanuni oğru”nun “bratva”sıdır. Haqverdi isə bu aləmdə “Malış Dnepr” ləqəbi ilə tanınır.

Görəsən, millimizin sabiq futbolçusu kriminal aləmə necə üzv olub? Əzəldən onda belə bir maraq var idimi? Bu suala aydınlıq gətirmək üçün həmin dönəm yığmada Haqverdi Yusifovun baş məşqçisi olmuş Adil Şükürovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bunları dedi:

“O uşaq elə şeylərdən uzaq idi. Ola bilər ki, indi ətrafı dəyişib. Haqverdi əvvəllər “Neftçi” İSM-də olub, daha sonra “Bakı”ya keçmişdi. Sakit, kollektivə uyğunlaşan biri idi. Vurub-dağıtmağa meyilli olduğunu da görməmişəm. Danışdırsan danışardı, danışdırmayanda da dinməzdi”.
Millimizin sabiq futbolçusu kriminal avtoritet imiş... - Fotolar



Reytinq: