» » Deputat “Binə” və “Sədərək”in qanunu pozmasından danışdı


Deputat “Binə” və “Sədərək”in qanunu pozmasından danışdı

13-02-2018, 11:27
Oxunub: 15
Çap et
Deputat “Binə” və “Sədərək”in qanunu pozmasından danışdı


“Vergilər Nazirliyinə təklif edirəm ki, Vergi Məcəlləsini yenidən işləyib Milli Məclisə təqdim etsin”.
Bizim Yol xəbər verir ki bu barədə Vergilər Nazirliyinin “Vergilər, şəffaflıq və inkişaf” adlı keçirilən konfransda Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Deputat deyib ki, vergi yükündə sadələşdirilmiş verginin payı çox aşağıdır: “Əlavə dəyər vergisi bütün məhsullar üçün 18 faizdir. Əlavə dəyər vergisinin bəzi məhsullar üzrə artırılmasına ehtiyac var”.

V.Əhmədov yoxlamalar zamanı sahibkarların işgüzar fəaliyyətinə xələl gətirilməməsinin vacibliyini vurğulayıb.

Deputat onu da bildirib ki, sahibkarlar məhsul aldıqları bəzi yerlərdən elektron qaimə ala bilmirlər: “Məsələn, “Binə” TM, “Sədərək” TM kimi satış yerlərindən sahibkarlar elektron qaimə ala bilmir”.



Reytinq: