» » Binəqədidə evləri su basdı


Binəqədidə evləri su basdı

11-02-2018, 01:23
Oxunub: 94
Çap et
Binəqədidə evləri su basdı


Yağan yağış Bakıda fəsadlar yaradıb.
Fövqəladə Hallar Nazirliyindən "Milliyet.Az"a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar nəticəsində yağış suları ilə dolub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən suçəkmə işləri aparılıb və vətəndaşlara müvafiq köməklik göstərilib.
Əməliyyat başa çatıb.



Reytinq: