» » Eldar Əzizov: "Bayılda sürüşmə sahəsində vəziyyət ciddidir, təhlükəsizlik tədbirləri görülür


Eldar Əzizov: "Bayılda sürüşmə sahəsində vəziyyət ciddidir, təhlükəsizlik tədbirləri görülür

10-02-2018, 23:43
Oxunub: 228
Çap et
Eldar Əzizov: "Bayılda sürüşmə sahəsində vəziyyət ciddidir, təhlükəsizlik tədbirləri görülür
"Bayıl yamacında sürüşmə sahəsində vəziyyət ciddidir, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür".
Bunu Bayılda sürüşmə baş verən ərazidən köçürülən sakinlərlə görüşdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Rayon İH başçısı bildirib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.
Onun sözlərinə görə, sakinlər bir illik kirayə pulu ilə təmin olunacaq.
E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.

Səbail RİH başçısı Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib.
APA



Reytinq: