» » Bütün Qroznı polisini kiçik leytenant Kadırova tapşırdılar


Bütün Qroznı polisini kiçik leytenant Kadırova tapşırdılar

21-12-2017, 00:57
Oxunub: 415
Çap et
Bütün Qroznı polisini kiçik leytenant Kadırova tapşırdılar


Noyabrda Çeçenistan DİN-nin Qroznı üzrə idarə rəisinin səlahiyyətlərinin icraçısı təyin olunmuş Xas-Maqomed Kadırovun rütbəsi kiçik leytenantdır.

Bu barədə müvafiq məlumat Çeçenistan DİN-nin saytında peyda olub.

Məlumatlara əsasən, Kadırova bir neçə polkovnik, podpolkovnik, mayorlar, kapitanlar və digər yüksək rütbəli polis zabitləri tabedirlər. Çeçenistan DİN-nin Qroznı İdarəsinin əvvəlki rəisi Abuşayx Vismuradovun rütbəsi isə polkovnik idi.

Yeni vəzifədə başladığı ilk gündə, dekabrın 20-də Kadırov geniş toplantı keçirib, Rusiyanın “Fontanka” nəşri yazır.

Qəzet Qroznının yeni polis rəisinin yaşını öyrənməyə çalışsa da, növbətçi hissədən bu barədə məlumatsız olduqlarını bildirdilər.

Yeni rəis idarə kollektivinə dekabrın 18-də təqdim olunub. Bu barədə İnstagram-da Çeçenistan rəhbəri Ramzan Kadırov özü xəbər verib.

O, Xas-Maqomed Kadırovu enerjili və zəhmətsevər rəhbər adlandırıb. “Əvvəllər tutduğu vəzifələrdə özünü yalnız əla tərəfdən göstərib”, - deyə, Kadırov bəyan edib.
Lenta.ru



Reytinq: