» » Bu sahədə işləyənlərin maaşı 200-740 manat artırılacaq


Bu sahədə işləyənlərin maaşı 200-740 manat artırılacaq

27-11-2017, 14:15
Oxunub: 251
Çap et
Bu sahədə işləyənlərin maaşı 200-740 manat artırılacaq


İcbari tibbi sığorta sistemi səhiyyə sisteminin şəffaflaşdırılmasına, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına, tibb işçilərinin əməyinin stimullaşdırılmasına yardım edəcək.

Milliyet.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva bu gün "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" layihəsinin açılış mərasimində çıxış edərkən deyib.

Layihənin pilot olaraq həyata keçirildiyini xatırladan Z.Mustafayeva hesab edir ki, bu ilin sonunda layihənin nəticələri daha dərin olacaq: "O məlumatların əsasında təhlillər aparılaraq yeni maliyyələşdirmə modelinin tətbiq edilməsinə, bütün ölkə ərazisində səhiyyə sisteminin inkişafına zəmin yaradacaq".

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tabeliyinə verilmiş tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq “Pilot layihə çərçivəsində həkimlərin əməkhaqlarına əlavələrin və mükafatların hesablanması və ödənilməsi” Qaydalarını təsdiq edib.

Pilot layihə çərçivəsində baza hissəsi üzrə həkimlərin əməkhaqları artırılır. Belə ki, Ginekologiya doğum şöbəsində, Reanimasiya şöbəsində, Cərrahiyyə şöbəsində, Endoskopiya ixtisası üzrə çalışan həkimlərin əmək haqları 540 manat, Uşaq şöbəsində, Uşaq Nevroloji Sanatoriyasında, Fizioterapiya şöbəsində, Terapiya şöbəsində, Vərəm şöbəsində, Yoluxucu xəstəliklər şöbəsində, Poliklinika şöbəsində, Hemodializ şöbəsində çalışan həkimlərin 240 manat, Təcili Tibbi Yardım Stansiyasında çalışan həkimlərin 200 manat, Radiologiya şöbəsinin həkimlərinin 740 manat, Ailə sağlamlıq mərkəzinin həkimlərinin isə əməkhaqları 360 manat artırılıb.

Konkret nümunə təqdim edək. Tutalım, Cərrahiyə şöbəsində çalışan cərrah Nazirlər Kabinetinin qərarına əsasən 228 manat məbləğində əmək haqqı alır, icbari tibbi sığorta sistemində çalışan cərrahın əməkhaqqı 540 manat artırıldıqda onun maaşı 768 manat məbləğində olacaq.



Reytinq: