» » Sərnişin avtobusu qəzaya uğradı: yaralılar var


Sərnişin avtobusu qəzaya uğradı: yaralılar var

30-06-2017, 14:24
Oxunub: 341
Çap et
Sərnişin avtobusu qəzaya uğradı: yaralılar var


Gəncədə 6 nömrəli xətt üzrə işləyən marşrut avtobusu qəzaya düşüb.

Report xəbər verir ki, hadisə Bala Bağman qəsəbəsində baş verib.

Belə ki, “Hyundai” markalı sərnişin avtobusu “Qazel” markalı yük maşını ilə toqquşub. Nəticədə avtobusda olan üç sərnişin və yük maşınının sürücüsü xəsarət alıb.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.



Reytinq: