» » Yəmənin dəniz donanması Səudiyyə Ərəbistanına məxsus gəmini vurub


Yəmənin dəniz donanması Səudiyyə Ərəbistanına məxsus gəmini vurub

15-06-2017, 15:52
Oxunub: 341
Çap et
Yəmənin dəniz donanması Səudiyyə Ərəbistanına məxsus gəmini vurub


Səudiyyə Ərəbistanının Qətər ətraflnda blokadası və Yəməndəki əməliyyatları davam edir. Müharibə yalnız quruda deyil, Yəməni su məkanında da gedir.

İnterAz “Al-Masdar news”a istinadən xəbər verir ki, Yəmənin Moça limanı yaxnlığında Dəniz donanması Səudiyyə Ərəbistanına məxsus hərbi gəmini vurub. Yəmənlilər xüsusi və müasir silahlar daşıyan hərbi vasitəni gəmi əleyhinə raketlə vurub.

Yəmən donanması hərbi gəmiyə iki zərbə endirib. Ordunun məlumatına görə, hadisə nəticəsində 36 Səudiyyə əsgəri ölüb və yaralanıb.

Səudiyyəyə məxsus gəminin vurulmağı Yəməndə öldürülən günahsız insanların və infrastrukturun məhv edilməsinə bir növ cavab idi.

Artıq iki ildir ki, Səudiyyənin rəhbərlik etdiyi koalisiya Yəmən əhalisinin üzərinə zərbələr endirir. Bu ölümcül hərbi kompaniya nəticəsində Yəməndə 2 ildə 12 mindən çox insan qətlə yetirilib.



Reytinq: