» » Kanaldan meyidi tapılan qadının kimliyi məlum oldu -VİDEO


Kanaldan meyidi tapılan qadının kimliyi məlum oldu -VİDEO

2-05-2017, 01:04
Oxunub: 538
Çap et
Kanaldan meyidi tapılan qadının kimliyi məlum oldu -VİDEO


Ağdaş rayonunda suvarma kanalından meyiti tapılan qadının adı məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 15:00 radələrində Yuxarı Şirvan kanalının Şəkili kəndi ərazisindən keçən hissəsində tapılan qadının Ağdaş rayon sakini olduğu müəyyənləşib. Rayon Polis Şöbəsindən bildirilib ki, Ağdaş şəhərinin Ağalı küçəsində yaşayan, 1946-cı il təvəllüdlü Rəsulova Gülsura Hacıbala qızı bu gün günorta saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib, iki saat sonra onun meyiti su kanalından tapılıb. Qadının hansı səbəbdən özünü kanala atması məlum deyil.

Qeyd edək ki, bu gün saat 15:00 radələrində Ağdaşın Şəkili kənd sakinləri Yuxarı Şirvan kanalında insan cəsədi görərək dərhal Ağdaş rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları kanaldan naməlum qadın meyitini çıxararaq müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparıblar. Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Reytinq: