» » Bakıda inanılmaz olay: günlərlə anasının meyiti ilə yaşadı


Bakıda inanılmaz olay: günlərlə anasının meyiti ilə yaşadı

22-04-2017, 12:23
Oxunub: 245
Çap et
Bakıda inanılmaz olay: günlərlə anasının meyiti ilə yaşadı


Bakıda mənzildə çürümüş qadın cəsədi aşkarlanıb.

"Report" xəbər verir ki, hadisə Səbail rayonunda, "20-ci sahə" adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin ərazidəki mənzillərdən birində 1939-cu il təvəllüdlü Eynullayeva Solmaz Qüdrət qızının çürümüş meyiti aşkarlanıb.

S.Eynullayevanın əqli çatışmazlığı olan oğlu anasının öldüyünü anlamayıb. Bu səbəbdən də o, ahıl qadını yatmış hesab edərək anasının üzünü sellofanla örtüb və bir neçə gün onunla eyni mənzildə qalıb.

S.Eynullayevanın oğlu yalnız bir neçə gün sonra qadının meyiti çürüməyə başladıqda təcili yardıma müraciət edib. Mənzilə gələn tibb işçiləri 78 yaşlı qadının çürümüş cəsədini aşkar ediblər.



Reytinq: