» » İlhamənin köməkçisi məhkəmə zalından azadlığa buraxıldı


İlhamənin köməkçisi məhkəmə zalından azadlığa buraxıldı

8-02-2017, 14:20
Oxunub: 314
Çap et
İlhamənin köməkçisi məhkəmə zalından azadlığa buraxıldı

Mehriban Hüseynovaya şərti cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə son məhkəmə prosesi keçirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 70-cı maddəsi tətbiq olunaraq, ona 1 il 3 ay şərti cəza verilib. M.Hüseynova məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, prokuror çıxışında M.Hüseynovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində həbs-qətimkan tədbiri seçilib. Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayında 73 yaşında dünyasını dəyişib.



Reytinq: